Azərbaycanın ipək şalı: dəbdə olan ənənə

El Diario, İspaniya

25.05.2018 

Müəllif: Fərid Qəhrəmanov

Azərbaycan qadınlarının ənənəvi geyimi olan ipək şal – kəlağayı dəbli aksessuar olmaqla yanaşı, həm də UNESCO tərəfindən qeyri-maddi irs nümunəsi kimi qəbul edilib. O, azərbaycanlıların milli identikliyin nişanələrindən biridir.

"Kəlağayının hazırlanması özünəməxsus bir sənətdir. O, incə ipəyin müxtəlif növlərindən hazırlanır", – deyə Azərbaycan incəsənəti üzrə ekspert, rəssam Eldar Mikayılzadə EFE-yə bildirib. Mikayılzadənin sözlərinə görə, kəlağayı özündə Azərbaycanın özünəməxsus dekorativ elementləri olan butanı, quş və gül təsvirlərini birləşdirməklə, estetik harmoniya yaradır: "Hər bir regioniun özünəməxsus kəlağayı variantları var".

Azərbaycanlıların geyimində vacib aksessuar sayılan kəlağayı əhalisinin əksəriyyəti müsəlman olan, Xəzər sahillərində yerləşən Azərbaycana təşrif buyuran turistlər arasında da getdikcə populyarlaşır. Kəlağayı digər baş örtüklərindən fərqli olaraq, bütün qadınlar üçün uyğundur. Məhz bu üzdən o, turistlər tərəfindən daha çox alınır. Bundan başqa, Azərbaycanın ipək şalları həm də praktiki dəyərə sahibdir. Çünki onlar mövsümdən asılı olaraq, insanı həm soyuqdan, həm də istidən qoruyur.

Ekspert bildirir ki, bunundan başqa, ipək çox davamlı material olduğundan, dəb və ənənəni birləşdirən bu aksessuarın sahibləri onu uzun müddət istifadə edə bilər.

Kəlağayının müxtəlif rəngləri var. Yaşlı qadınlar yas mərasimlərində qara kəlağayı bağlayır. Adi günlərdə isə adtətən ağ rəngli kəlağayıdan istifadə olunur.

Ənənələrlə keçirilən toy mərasimlərində gəlinin başını qırmızı kəlağayı örtülür. Gənc azərbaycanlı xanımlar arasında isə həm də göy, bənövşəyi, yaşıl kəlağayılar dəbdədir.

İlk vaxtlarda Azərbaycan qadınlarının kavdrat formada, 150×150 santimetr ölçüdə kəlağayıdan istifadə edirdilərsə, hazırda bu ölçülərə riayət olunmur.

Bakıdan 150 kilometr şimal-şərqdə, dağlıq zonada yerləşən Basqal kəndi Kəlağayı istehsalının mərkəzlərindən biridir. Basqallı usta Abbasəli Talıbov bu sənəti babası və atasından miras alıb, indisə onu 16 yaşlı oğluna öyrədir.

Talıbov EFE-yə açıqlamasında deyib ki, o kəlağayının üzərindəki naxışları xüsusi mum vasitəsilə həkk edir, sonra isə onu əsas rəngə boyayır. "Sonra mum təmizlənir. İstəsək naxış izlərini boş saxlayırıq, istısək açıq rənglərlə boyayayırıq".

Bu usta təlabata uyğun olaraq, günə 15 ədədədək kəlağayı hazırlaya bilir. Poladdan və taxtadan olan qəliblərin bəziləri lap qədim zamanlardan qalıb və hərəsininn öz tətbiq məqamı var. Məsələn böyük buta günəşin rəmzidir və arzuların gerçəkləşməsini, qoşa buta isə məhəbbət və sədaqəti ifadə edir. Usta kəlağayıdakı naxışlarla adətən sevgilisnə arzularını ifadə edir. Məhz bu üzdən ustalar deyir ki, iki eyni kəlağayı olmur.

Basqalda həm də Azərbaycan kəlağayılarının muzeyi var. Burada ziyarətçilər kəlağayının tarixilə tanış ola, onun müxtəlif növlərini görə, hətta hazırlanma prosesini izləyə bilərlər.

Bakı Dövlət Universitetinin Tətbiqi psixologiya və geneder məsələləri departamentinin rəhbəri Rəna İbrahimbəyova deyir ki, "kəlağayı Azərbaycan qadınının ismətini, sülhü və əminamanlığı simvolizə edir".

İbrahimbəyovanın sözlərinə görə, 1990-cı illərin sonlarında aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, kəalağayı sənəti itmək üzrədir. Lakin göstərilən səylər və hökumətinin dəstyilə bu qədim geyim növü yenidən həyata qayıdıb.

Kəlağayının 2014-cü ildə UNESCO-nun mədəni irsi siyahısna daxil edilməsi ipək şalın həyata qayıtmasına, Azərbaycan cəmiyyətində yenidən populyarlaşmasına təkan verib.

(İspan dilindən tərcümə – WorldMedia.Az)

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>