Rusiya Türkiyə pomidorları ilə bağlı sərt danışdı:

Rusiyanın Baytarlıq Nəzarəti Federal Xidməti Türkiyədən pomidor tədarükçüləri tərəfindən fitosanitar normaların pozulduğunu aşkar edib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Xidmətin bəyanatında deyilir.

Qeyd olunur ki, Rusiya tərəfindən Türkiyə pomidorlarının idxalına qoyulan qadağa aradan qaldırıldıqdan sonra 43 müəssisə tərəfindən tədarük həyata keçirilib. 11 şirkətin məhsulunda Rusiya qanunvericiliyi tələb və normalarının pozuntuları aşkar edilib.

Rusiya Baytarlıq Nəzarəti Federal Xidməti bu məsələ ilə bağlı Türkiyə Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparılmasını zəruri hesab ediir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>