Məşhur prodüser əxlaqsızlığını etiraf etdi – FOTO

Məşhur amerikalı rejissor və prodüser, çoxsaylı cinsi təcavüzlərdə suçlanan 66 yaşlı Harvi Vaynşteyn Nyu-York polisinə təslim olmaq niyyətindədir.

Milli.Az ABC-yə istinadən bildirir ki, prokurorluqdan verilən məlumata görə, o, bir zorlama və bir cinsi zəmində sataşma epizodu ilə bağlı ittihamlar alacaq.

Müğənni Lüisiya Evans 2004-cü ildə H.Vaynşteynin onu oral seksə vadar etməyə çalışdığını deyib.

"Charmed" teleserialının ulduzu, aktrisa Rouz Makqouen isə H.Vaynşteynin onu zorladığını bəyan edib.

Aktrisa Eyşa Arcento isə 1997-c ildə Fransanın Kann şəhərindəki "Hotel du Cap-Eden-Roc" otelində Vaynşteynin onu zorladığını söyləyir.

CNN-nin məlumatına görə, Vaynşteynə qarşı irəli sürülmüş ittihamlar təsdiqlənərsə, onu 25 il müddətinə həbs gözləyir.

H.Vaynşteynin vəkili Bencamin Broefmen olayı şərh etmək niyyətində deyil.

The New York Times ötən ilin oktyabrında H.Vaynşteynin 30 il ərzində aktrisalara qarşı əxlaqsızlıq etdiyini yazmışdı. Sonradan zərərdidə olduqlarını deyən aktrisaların sayı 80-ə çatdı. Onların arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek və başqlaranı vardı.

Qlamaqal başlanandan az sonra H.Vaynşteyn ona məxsus "Weinstein Company" kinostudiyasını tərk etdi.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>