4 kameralı HTC U12 Plus təqdim olundu – VİDEO

HTC şirkəti artıq neçənci dəfədir ki, hər hansı bir tədbir keçirtmədən öz yeni flaqman modelini təqdim edir. Şirkət bu dəfə də sadəcə olaraq yeni smartfon barəsində məlumatları internetdə təqdim edib. Söhbət, HTC U12 Plus modelindən gedir. Sözügedən model keçən ilki HTC U11 Plus modelinin davamçısıdır. HTC o şirkətlərdəndir ki, mobil bazarın son trendləri arxasında qaçmayaraq yeni smartfonun ekranının üzərində çıxıntı hissəsi yerləşdirməyib. Yeni HTC U12 Plus 18:9 nisbətli 6 inç-lik Super LCD (aşağı və yuxarıdan nazik çərçivələr ilə) ilə təchiz olunub. Ekran həmçinin DCI-P3 və HDR10 formatlarını dəstəkləyir. Bundan əlavə olaraq ekran Gorilla Glass 5 qoruyucu şüşə ilə örtülüb.

Milli.Az technote.az-a istinadən bildirir ki, smartfonun arxa paneli şüşədən hazırlanıb və əyilmiş formaya sahibdir. Smartfon qara, qırmızı və şəffaf arxa qapaqlı göy rəngdə satışa çıxacaq. Sonuncu variantda arxa panel tərəfdən smartfonun bütün daxili komponentləri görünür. Smartfonun arxa panelində həmçinin barmaq izi skanı texnologiyası, ikili kamera, lazer avtofokusu, işıqlandırma sistemi və əlavə mikrofon yerləşdirilib. Təəssüflər olsun ki, HTC U12 Plus 3.5 mm-lik audiogirişə sahib deyil. Cihazın aşağı hissəsində iki səsgücləndirici var. Onlardan biri BoomSound Hi-Fi Edition-dur, digəri isə adi danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricidir. HTC U12 Plus da əvvəlki model kimi istifadəçinin əl ilə sıxılmasına reaksiya verir. Yeni smartfonda Edge Sense texnologiyası ikinci nəslə kimi yenilənib.

Beləliklə smartfonun sistemi istifadəçinin cihazı hansı əlində tutduğunu avtomatik təyin edərək ona uyğun interfeysi təqdim edir. Həmişə olduğu kimi yeni smartfonda da əsas diqqət kameralara ayrılıb. Belə ki, HTC U12 Plus 4 ədəd kamera ilə təchiz olunub: İkili arxa və ikili ön kamera. Deməli smartfon 12 MP (1.4 mikrometr ölçülü piksel keyfiyyətli və f/1.75 diafraqmalı UltraPixel modulu) + 16 MP (1 mikrometr ölçülü piksel keyfiyyətli və f/2.6 diafraqmalı modul) ikili arxa kamera ilə təchiz olunub. Həmin kameralar həmçinin təsvirin optik, elektron stabilizasiya özəlliklərini və ikinci nəsil UltraSpeed Autofocus sürətli avtofokusunu dəstəkləyirlər.

Ön hissədən isə smartfon 8 MP (1.21 mikrometr ölçülü piksel keyfiyyətli və f/2.0 diafraqmalı modul) + 8 MP ikili kamera ilə təchiz olunub. Ön tərəfdən iki kameranın olması əsasən istifadəçinin üz skanı zamanı və portret rejimində arxa fonun bulanıq düşməsi üçün lazımdır. Digər əsas texniki özəlliklərə gəldikdə isə HTC U12 Plus modeli 2.8 GHz tezlikdə çalışan 8 nüvəli Snapdragon 845 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), QuickCharge 3.0 sürətli enerji yığma özəllikli 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunub və IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. 64 GB daxili yaddaşa sahib versiya 799$-a, 128 GB daxili yaddaşa sahib versiya isə 849$-a satılacaq. Smartfonu artıq indidən ön sifariş etmək olar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
4 kameralı HTC U12 Plus təqdim olundu

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>