“Bu, normal insan təfəkkürünün qələmə ala biləcəyi bir şey deyil” -

"Yəqin Rüstəm İbrahimbəyov da Əkrəm Əylisli yaradıcılığından ilhamlananlardandır"

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımov Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, milli kökləri olmayan, ermənilərin isə sülhsevər, mədəni insan kimi təqdim edildiyi "Qafqaz üçlüyü" filminə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Xalq yazıçısı Azərbaycan xalqının başına gətirilən bu qədər hadisəni cılızlaşdırması utancvericidir: "İnanın ki, bu heç normal hal deyil. Bu filmdə hadisələr erməniləri xarakterizə etsə də, birmənalı olaraq, qərəzli şəkildə azərbaycanlıların üzərinə köçürülüb. Mən deyərdim ki, bu bir təxribatdır. Digər tərəfdən də bu, xəstəlik əlamətidir. Yaxşı olar ki, bu məsələyə peşəkar həkimlər də rəy bildirsin. Çünki, bu normal insan təfəkkürünün qələmə ala biləcəyi bir şey deyil. Normal insan mənsub olduğu xalqa, millətə bu qədər nifrət bəsləyə bilməz. Bəlkə də Rüstəm İbrahimbəyov Əkrəm Əylisli yaradıcılığından təsirlənib bu "əsəri" qələmə alıb. Mən sizə deyim ki, bu "əsər" bədii cəhətdən də çox cılız, mənasızdır. Ona heç Xalq yazıçısı adı da yaraşmır".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>