“İbrahimbəyov Balayanla birlikdə Azərbaycana qarşı təhlükəli təxribat hazırlayır” -

"Mənim yaxın qohumlarım, ailə yaxınlarım ermənilərin Azərbaycan qarşı törtədiyi hadisələrin qurbanı olub. Mən onun bu hərəkətinə heç cürə sakit yanaşa bilmərəm"

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri kinorejissor Cəmil Quliyev Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, milli kökləri olmayan, ermənilərin isə sülhsevər, mədəni insan kimi təqdim edildiyi "Qafqaz üçlüyü" filminə münasibət bildirərkən deyib.

O bildirib ki, bu gün Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən film heç bir bədii keyfiyyətlərə malik deyil:

"Müxtəlif ölkələrdən erməni diasporasından aldığı qrantlar hesabına, bir neçə ermənipərəst aktyorları ətrafına toplayaraq ərsəyə gətirdiyi bir "film"dir. Bu filmdə azərbaycan xalqını alçaldaraq erməni xalqının alicənab, sülhsevər insanlar kimi təsvir edirlər. Filmdə bir epizod var ki, azərbaycanlı uşaq qaya üzərində dayanıb suya atılmağa qorxur. Bizim xalqımızı bu qədər qorxaq, aciz təsvir ediblər. Xalqımızın üzərinə müxtəlif mənfi cəhətlər yüklənib. Daha bir mənfi epizod isə guya azərbaycanlıların vəhşiliyi tərənnüm etməsidir. Bir səhnədə azərbaycanlılar yığılaraq Gürcüstan vətəndaşı olan yaşlı kişini amansızca döyərək öldürürlər. Doğma xalqına qarşı bu qədər yalan, iftira yazmaqla o insan nəyə nail olmaq istəyir? Azərbaycan xalqı ona nə pislik edib?! Bu insan hələ də Azərbaycan Kinematoqraflar İttifaqının rəhbəridir. Bu qədər hadisəyə baxmayaraq, bəzi kino xadimləri susur və o ittifaqda fəaliyyətlərini davam etdirirlər. Bunun özü də mənim üçün çox ağırdır. O gürcü rejissoru Eldar Şengelaya getsin Cənubi Osetiyanın, Abxaziyanın probemləri ilə məşğul olsun. O kimdir ki. Dağlıq Qarabağ problemini həll edir?!"

Cəmil Quliyev onu da əlavə edib ki, İbrahimbəyov 2009-cu ildən Azərbaycan xalqına olan nifərtini büruzə verməyə başlamışdı:

"Mən dəfələrlə yazılarımda bunu dilə gətirmişəm. Əzldən bilirdim ki, o, xalqa bu istiqamətdə ağır zərbə vuracaq. Xalq əleyhinə çıxışlar edən zaman akademik Nizami Cəfərov onun fikirlərinə sərt reaksiya verərək, tənqid etdi. 2010-cu ildə isə onunla çalışmaq istəmədiyimiz üçün mən, Ayaz Salayev, Şəfiqə Məmmədova, Oqtay Mirqasımov birlikdə Azərbaycan Kinematoqraflar İttifaqından çıxdıq. 2013-cü ildən mən o insana qarşı mübarizəmi davam etdirirəm. O, erməni məddahıdır. O, Azərbaycanı hər yerdə, yazılarında, olduğu məkanlarda dayanmadan aşağılayır. Azərbaycanın Xalq yazıçısı adını daşıya-daşıya bu cür mövqe sərgilədiyi üçün ayıb olsun. Bundan artıq nə demək olar. O, bu gün də yeni film üzərində çalışır. Erməni rejissoru Raman Balayanla birlikdə çox təhlükəli təxribatlar hazırlayır. Bir neçə gənc rejissorları da öz ətrafına yığaraq, ermənilərin xeyrinə layihələr hazırlayan bir şəbəkə yaradıb. Bir azərbaycanlı vətəndaş kimi, bir kinorejissor kimi mən bu insanın davranışlarına qarşı ictimai qınağın artırılmasını istəyirəm. Ölkəmizi bu cür insanların vuracağı zərbələrdən qorumaq lazımdır. Ayaz Salayev ilə birlikdə Rüstəm İbrəhimovun bu hərəkətinə münasibət bildirmələri üçün ölkədə fəaliyyət göstərən bütün kinorejissorlara, yazıçılara müraciət edərək biganə qalmamalarını deyirik. Heç kim qorxmamalıdır. Bu vətən hər birimizindir. Onu hər kəsdən müdafiə etmək bizim vətəndaş borcumuzdur".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>