“Əfv sərəncamının imzalanması Prezident İlham Əliyevin növbəti humanist addımıdır”

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalaması dövlət başçısının növbəti humanist addımıdır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

E.Məmmədovun sözlərinə görə, dövlətimizin başçısı bu addımı ilə növbəti dəfə vətəndaşları sevindirdi:

"Bu sərəncam bayram ərəfəsində yüzlərlə ailəni bir daha sevindirdi. Mən bu sərəncama görə şəxsən öz adımdan cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu, birinci əfv sərəncamı deyil və davamlı olacaq. Dövlət başçısı həmişə olduğu kimi, yenə də humanizm siyasətini davam etdirir".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>