AXC-nin 100 illik yubileyinə həsr olunmuş Ümumrespublika Gənclər Festivalı keçirilib

Bu gün Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunmuş "Mənim Azərbaycanım" Ümumrespublika Gənclər Festivalı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, gənclər və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sərgi-stendə baxıblar.

Daha sonra festivalda AXC-nin elan olunması, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi, Bakıda Azərbaycan Parlamentinin fəaliyyətə başlaması, dövlət quruculuğu sahəsində görülən işlər, Xalq Cümhuriyyətinin süqutuna dair ədəbi-bədii kompozisiya təqdim olunub.

Festivalda, həmçinin sovet dövründə ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması sahəsində fəaliyyəti, sosial və iqtisadi sahədə qazanılan uğurlar, Heydər Əliyevin müstəqil Azərbaycanın dövlətçliyinin qorunması, inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasətin uğurla davam etdirilməsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Festival konsert proqramı ilə davam edib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>