Azərbaycanda kreditlərin məqsədyönlü istifadəsinə nəzarət gücləndiriləcək – FOTO

Kreditlərin məqsədyönlü istifadəsinə nəzarət məqsədilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti səlahiyyətli kredit təşkilatları ilə birgə kredit monitorinqi keçirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu xidmətin rəhbəri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, bu sahədə problemlərdən biri odur ki, götürülən kreditlər təyinatı üzrə yox, şəxsi məqsədlər üçün istifadə olunur:

"Bu isə problemli kreditlərin artmasına gətirib çıxarır. Ona görə də biz səlahiyyətli kredit təşkilatları ilə birgə monitorinq keçirəcəyik. Bu, heç bir halda sahibkarlara maneə olmayacaq".

M.Əliyev əlavə edib ki, ilin sonunadək Dövlət Xidməti kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsində məşğul olan sahibkarlara ilin sonunadək 10 milyon manatadək güzəştli kredit verməyi planlaşdırır.

Qeyd olunur ki, kreditlərin verilməsinə bu gündən başlanacaq. Kreditin minimal məbləği 1000 manat, maksimal məbləği 200 min manat, maksimal faiz dərəcəsi isə 7 faiz təşkil edir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>