Rusiya “Booking.com”u bloklaya bilər

Otellərin online bron edilməsi xidməti olan "Bookong.com" Rusiya Federasiyası ərazisində bloklana bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Rusiyanın Turizm üzrə Dövlət Agentliyi – "Rosturizm"ə bu məsələni nəzərdən keçirmək tapşırılıb. Təşkilat bu barədə təkliflərini iyunun 4-nə qədər hökumətə təqdim etməlidir.

"Rosturizm" məsələ ilə əlaqədar müvafiq peşə birlikləri və ictimai təşkilatların mövqeyini öyrənəcək.

Qeyd edək ki, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalarla əlaqədar ölkənin turist operatorlarından biri "Booking.com"un Rusiya ərazisində fəaliyyətini məhdudlaşdırmağı təklif edib. "Booking.com" ABŞ-ın "Booking Holdings" şirkətinə aiddir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>