Şamaxıda qadın pəncərəni silərkən

Şamaxı rayonunun Mədrəsə qəsəbəsində qadın yıxılaraq ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1989-cu il təvəllüdlü qəsəbə sakini Şamxalova Mahizər Ağadur qızı yaşadığı evin pəncərəsini silən zaman ikinci mərtəbədən yerə yıxılıb.

Ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına ilkin tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, M.Şamxalova ağır kəllə-beyin travması, baş və bədənin müxtəlif dərəcəli əzilmiş yaraları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>