Azərbaycanlı aktyor: “Atam işləmək istədiyim sahəni biləndə məni hədələdi” – FOTO

Rejissor-aktyor Rövşən Ağayevin Milli.Az-a müsahibəsi.

- Rövşən bəy, rejissorluq, yoxsa aktyorluq?

- Bir az içimdə aktyorluq daha çoxdur.

- 2007-ci ildə çəkildiyiniz "Sirat körpüsü" filmindən sonra məşhur oldunuz. Niyə bəs aktyorluğu bu istiqamətdə inkişaf etdirmədiniz?

- Aktyorluğu sevirəm, ona görə istəmirəm çox inkişaf etdirməyi ki, insanın həyatdakı azadlığı məhdudlaşır.

- Dram janrında olan filmlərdə daha çox çəkilirsiniz. Bəs niyə görə komediya janrında olan film və seriallarımız üstünlük təşkil edir?

- Bu tamaşaçının tələbatıdır. Tamaşaçı bunu çox istəyir deyə daha çox bu janrda olan ekran işləri çəkilir.

- Həm də "Bozbash pictures"in rejissorusunuz…

- İlk dəfə  bu komanda ilə "Ay brillyant" filminin çəkilişində bir araya gəldik. Mən həmin filmin ikinci rejissoru idim. Bu filmdən sonra uşaqlar dedi ki, bizdən ayrılma. İndiyə qədər də işbirliyimiz davam edir.

- Kifayət qədər ciddi insansınız, amma komediya janrında olan bir ekran işi ərsəyə gətirirsiniz. Bu sizdə daxili təzad yaratmır ki?

- Çox olur, içimdə müharibə gedir. Gərək təzad olsun ki, ortalıqda iş də olsun.

- Ümumiyyətlə, incəsənət sahəsini seçdiyinizə görə peşmanlıq yaşamısınız?

- Qocaman kino adamları bu sahəni bir bataqlıq adlandırır. Düşürsən çıxa bilmirsən. Yaxşı da olsa. Əslində mən güc strukturu sahəsini seçmək istəyirdim. Məktəb illərindən idmanla məşğul idim. Atam bir gün işləmək istədiyim sahəni məndən soruşdu, ona deyəndə əli ilə məni hədələdi. İncəsənət universitetinə də ona görə daxil oldum ki, orada göstərə bilmədiklərimi filmlərdə yaşayım.

- "Bozbash pictures" hər yay bir film çəkir, yaz aylarında isə təqdimatı olur. Amma o filmin rejissoru siz yox, başqaları olur. Niyə?

- Pillə-pillə qalxan komandanı aşağı sala bilmərəm. Bu çox böyük məsuliyyətdir, ona görə də bu məsuliyyətdən qaçıram. Nə vaxt özümü hazır edərəm, o zaman film çəkərəm. Bu da fərqli bir şey olacaq. "Mən də elədim də" deməməliyəm, "Bax, bunu mən etdim" olmalıdır.

- Komediya janrında bir çox aktyorlarımız var. Bir də sizin çalışdığınız "Bozbash pictures"in aktyorları. Onlar arasında hansı fərqli və oxşar cəhətlər var?

- Oxşarlıq deməzdim, amma fərq var. Hamısı dostlarımızdır, heç biri məndən inciməsin. Ən güclüsü İlkin Misgərlidir. İlkin daima qrimi barəsində, danışdığı sözləri haqda, geyimi haqda düşünür.

- Bu komandada sizə ən yaxın olan kimdir?

- Sənət baxımından ən yaxın olanı İlkin Misgərli, həyat baxımından isə özümə yaxını İlkin Həsənidir.

Əli Rəhimoğlu

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>