Ramazanla bağlı bilmədiyimiz

Milli.Az lent.az-a istinadən  Ramazanla bağlı 8 maraqlı ayini təqdim edir. 

Yarışma

 

Image result for iftar süfrəsi

Saraylarda aşpazlar arasında Ramazan yarışması keçirilirdi və ən dadlı yemək bişirənlərə sarayda iş verilirdi. Birinci yerin sahibi isə şah üçün yeməklər bişirirdi.

Qəsidə oxuma

Peyğəmbəri öyən qəsidələrə deyilirdi. Ramazan zamanı müəzzinlər məscidlərdə minarələrdən oxuyurdular.

Oxuyan davulçular

Image result for ramazan davulçuları

Ramazan davulçuları Türkiyədə indi də qalmaqdadırlar. Tarixən davulçular irfan şeirləri də oxuyurdular

Məddah

Məscidlərdən kənarda insanların çox yığıldığı yerlərdə saatlarla hekayə oxuyub, təqlidlər edirdilər. Məddahlar həmişə əsayla gəzər, mövzuya uyğun olaraq bəzən şah, bəzən qoca mömin, bəzən qarı qılığına girirdilər.

Meydan oyunu

Bu iki nəfərin çıxardığı təqlid idi. harasa Məhərrəmlik şəbihlərinə bənzəyən bu oyunlar məzmununa görə bayram ovqatlı idi. Qadınlar heç vaxt meydan oyunlarına çıxmazdılar. Qadın obrazı canlandırmaq üçün kişilər qadın paltarı geyinirdilər.

Kaftan

Ramazanın birinci və sonuncu günlərində məscid minarələrinə kaftan (əbaya oxşar geyim) geyindirilirdi.

Səmayi qəhvələri

Osmanlıda fəaliyyət göstərən bu qəhvələr ramazanın ilk günü açılır, sonra bağlanırdı. Başqa qəhvələrdən fərqli olaraq buraya giriş ödənişli idi. Burda bir nəfər kitab oxuyur, qalanlar dinləyərdi. Kitab oxuyan qəhvəyə pul ödəməzdi.

İftar topu

Sultan IV Murad zamanında Bağdadın fəthində son gülləni atan top xüsusi bir binaya yerləşdirilir, daima dolu vəziyyətdə durur və yalnız ildə bir dəfə – Ramazanın elanında atılırdı. Sonralar iftar topu Qız Qülləsindən atılmağa başlanıb.  

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>