“Azərbaycanla yüksək səviyyəli münasibətləri dəstəkləmək Aİ üçün çox vacibdir”

Azərbaycanla yüksək səviyyəli münasibətləri dəstəkləmək Avropa İttifaqı (Aİ) üçün çox vacibdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Parlamentinin Aİ və Azərbaycan arasında hərtərəfli saziş üzrə məruzəçisi Norika Nikolai deyib.

N.Nikolai bildirib ki, Azərbaycanla Aİ arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi hər iki tərəf üçün yaxşı haldır:

"Azərbaycanda Avropa şirkətlərinin fəaliyyət göstərdiyini nəzərə alsaq Aİ üçün bu, daha yaxşıdır. Hesab edirəm ki, biz hazırda "Şərq tərəfdaşlığı" proqramını dəstəkləməliyik".

Məruzəçinin sözlərinə görə, "Şərq tərəfdaşlığı"nda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova kimi ölkələr olmasa, Aİ mehriban qonşuluq siyasətində uğursuzluğa düçar ola bilər:

"Əgər biz öz şərq tərəfdaşlarımızla yaxın olmasaq, dünyadan təcrid oluna bilərik".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>