Azərbaycanda kriptovalyutalarla bağlı qanun işlənilə bilər

Azərbaycanda kriptovalyuta əməliyyatlarını nizamlayacaq qanunun yaradılması zəruridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov deyib.

İ.Alışovun sözlərinə görə, kriptovalyutaların istifadəsi ölkənin təhlükəsizliyi üçün müəyyən risklər daşıyır, qanunun yaradılması bu risklərdən uzaq olmağa imkan verəcək:

"Kriptovalyuta əməliyyatları ilə bağlı hüquqi çərçivələrin yaradılması zəruri addımdır. Palatamız və digər müvafiq strukturlar bu istiqamətdə işə başlayıb. Bu addım bizə həm fiziki şəxslər arasında, həm də dövlət-özəl sektor tərəfdaşlığı sahəsində kriptovalyuta əməliyyatları ilə bağlı risklərdən uzaq olmağa imkan verəcək".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>