Prokurorun protesti əsasında qətl törədən şəxsin cəzası 4 dəfə artırıldı

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Elnur Məmmədov və Elçin Həsənovun barəsindəki hökmdən prokurorluq tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub.

Qərara əsasən, prokurorun protesti təmin olunub. E. Məmmədovun cəzası 17 ildən 18 ilə, E. Həsənovun cəzası isə 4 ildən 16 ilədək artırılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Elçin Həsənovun ittiham olunduğu qəsdən adam öldürmə maddəsi  isə xuliqanlıq maddəsinə tövsif edilib. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq E.Həsənova yüngül cəza verildiyini bildirib və apellyasiya protesti verib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Bülbülə qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında yerləşən meşəlik deyilən ərazidən qətlə yetirilən naməlum meyit tapılıb. Araşdırmalar nəticəsində onun Tovuz rayonunda anadan olan və Ramana qəsəbəsində kirayə evdə yaşayan 1988-ci il təvəllüdlü Elşad Əmirov olduğu müəyyən edilib.

Hadisəni törədən Elnur Məmmədov və Elçin Həsənov həbs edilib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>