“Gələn-gedən ora girir” – Xarabalığı xatırladan bina – VİDEO – FOTO

Öz qədimliyi ilə digər rayonlardan fərqlənən Şəkinin xarici görünüşünə xələl gətirən obyektlər, binalar var. Şəhərin mərkəzi küçələrində yerləşən və istifadəsiz qalan bu binalar xarabalığı xatırladır və şəhərin estetikasını pozur.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişi əlavə yer zəbt edən və zibilliyə çevrilən binalar barədə maraqlı süjet hazırlayıb.

Atılmış binalar təhlükə mənbəyinə çevrildiyindən sakinlər narahatdır:

"Yeni binalar tikilməlidir ki, şəhərin gözəlliyi yaxşılaşsın. Köhnə binalar şəhərin görünüşünü də pozur. Tualetə dönüb oralar. Gələn-gedən ora girir. Biabırçılıqdır. Ya birdəfəlik dağıltsınlar, ya da nəsə bir şey etsinlər".

Ekspertlərin fikrincə, bu cür binalarla bağlı hansısa tədbirlərin görülməsi hələlik mümkünə oxşamır. Çünki həmin binalar şəxsi mülkiyyətdir və dövlət tərəfindən müsadirə olunması sahibkarlıq subyektinə qarşı təzyiq hesab edilir.

Ramil Osmanlı – Ekspert: "Hansısa bir səhmdar cəmiyyətin balansındadırsa o cəmiyyətin səhmdarları binadan başqa təyinatla, deyək zavod kimi istifadəni nəzərdə tutublarsa buna görə heç bir məsuliyyət nəzərdə tutulmur".

Ekspertlərin fikrincə, sahibkar həmin binalarla bağlı tam hüquqa malikdir və bu cür binalardan digər təyinatlar üçün də istifadə edə bilərlər.

Ramil Osmanlı – Ekspert: "Əgər obyekt özəlləşdirilibsə, onu mülkiyətçisi sökə də bilər. Bu onun konstitusion hüququdur. Məsələn, mənim imkanım yoxdur, təmir etdirə bilmirəm".

Bu görüntülər xoş olmayan mənzərə yaratmaqla yanaşı, turistik bir şəhər olan Şəkinin imicini də ləkələyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>