“Gülşən Qurbanovanın məzarını açdırmamışıq” -

Mərhum xalq artisti Gülşən Qurbanovanın bacısı Firəngiz xanım "Bizimləsən" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bacısının ölümündən danışıb. Bildirib ki, G.Qurbanova vaxtlı-vaxtında müalicə almırdı:

"İki dəfə infarkt oldu. İkinci dəfə 10 gündən sonra xəstəxanadan qaçdı. Dedi ki, ürəyim dözmür, dayana bilmərəm. Gedirdi efirə çıxırdı. Ürəyi üçüncü infarkta dözmədi".

Firəngiz xanım aparıcı Zaur Baxşəliyevin "Dedilər ki, Gülşən xanım qəbirdə fırlanıb, yerini dəyişib, məzarını açmısınız" sözlərinə belə cavab verib:

"Yalan söhbətdir. Bu söz elə burda da qalsın. Biz bacımın məzarını açdırmamışıq".

Xalq artisti Yasin Qarayev isə "Həmişə deyirdi ki, mənim ürəyim xəstə idi, səhvən ödümü kəsdilər. Bunu heç vaxt açıb-ağartmadı" söyləyib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>