Otellər müştəriləri belə aldadır – FOTO

"Otelin özü ilə bağlı yerləşdirdiyi fotolara baxanda maraqlanmaya bilmirsən. Xüsusilə də əla, füsunkar, dəbdəbəli hovuzun fotosu diqqətimi cəlb etdi. Amma reallıq…"

İngiltərənin Mançester şəhərinin sakini Cenni Kerşou Vyetnama istirahətə yollananda pərişan olub. Səbəb onun otelin fotolarına aldanması idi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünyanın ən populyar səyahət və otel bronlaması saytı sayılan Booking.com-da "Mari Gold Hotel & Apartment" otelini seçmişdi.

Vyetnamın Dananq şəhərində yerləşən bu üçulduzlu otelin fotoları arasında "infiniti" tipli hovuzun görüntüsü vardı. Görüntünün üzərində "pulsuz cakuzi" də yazılmışdı.

Cenni Kerşou otelə yollanıb, amma orada "infiniti" hovuz əvəzinə kiçik, hamam otağındakı vannaya bənzəyən hidromassaj vannası görüb.

Otelin yaydığı foto ilə gerçək mənzərənin görüntüsünü paylaşan Kirşounun bu tviti çox qısa zamanda populyarlaşıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>