Elton Con 21 illik “sükut”u pozacaq -

Dünyaca məşhur britaniyalı müğənni və bəstəkar Elton Con şənbə günü Britaniya şahzadəsi Harri ilə amerikalı aktrisa Meqan Marklın toyunda oxuyacaq.

Milli.Az The Sun-a istinadən bildirir ki, 71 yaşlı Elton Conun kilsədəki nikah mərasimində və ya Vindzor qəsrində axşam saatlarında təşkil olunacaq ziyafətdə oxuyacağı dəqiq bəlli deyil.

Elton Con 1997-ci ildə Parisdə avtomobil qəzasında həlak olmuş şahzadə Diananın yaxın dostu idi. Diananın ölümündən sonra o, şahzadələr Harri ilə Uilyama dəstək olmuşdu.

Diananın dəfn mərasimində E.Con "Candle in the Wind" mahnısını ifa etmişdi.

Fəqət, Diana qəzada həlak olandan sonra E.Con Britaniya kraliçasının ailəsinin heç bir tədbirində oxumamışdı.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>