“Müəyyən şəxslərin kənarlaşdırılması istisna deyil” – DMX-nin rəisindən


Vətəndaşların müraciətlərini və şikayətlərini təhlil etmişik. Eyni zamanda özümüz apardığımız araşdırmalarda müəyyən istiqamətlər təyin etmişik və ilk addımlara başlamışıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumda korrupsiya faktlarının olması ilə bağlı məlumata münasibət bildirərkən deyib.

V.Hüseynov bildirib ki, Dövlət Miqrasiya Xidməti çalışacaq ki, bütün narahatlıqlar və qeyd edilən iradlar aradan qaldırılsın: "Təbii ki, kadr islahatları bizim daxili kadr idarəçiliyinin bir hissəsidir. Bu, mütəmadi olan bir prosesdir. Bununla bağlı artıq mətbuatda da müəyyən məlumatlar yer alıb. O kadrlar ki, cənab prezidentin tapşırıqlarını icra etməyə qadirdir, onların bilik və bacarığı var, biz həmin kadrlarla işləyəcəyik. Təbii ki, bu islahatlar müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarığını artıraq. Onlar bilik və bacarıqlarından maksimum və səmərəli istifadə edək. Bununla bağlı müəyyən yerdəyişmələr həyata keçiririk".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>