Yüksək vəzifəyə təyinat almış Mansur Piriyev söz verdi ki…

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kommunikasiya və informasiya texnologiyaları şöbəsinə kadr təyinatı olub. Bu vəzifəyə son illər "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri olmuş Mansur Piriyev təyin edilib.

Milli.Az-ın məlumatına görə, bu barədə M.Piriyevin özü xəbər verib və qarşıya qoyulan vəzifələri açıqlayıb: "Bildiyiniz kimi artıq mən insanların sağlam qidalanması, qida təhlükəsizliyi şəraitinin daha da yaxşılaşdırılması və sağlam gələcəyimizin inşasına xidmət göstərəcək mühüm bir sahədə – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində işə başlamışam. Qarşımızda qoyulan əsas vəzifə qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, dövlət siyasətini və tənzimləməsini həyata keçirməkdir.

Bu günədək birgə çalışdığım "BakuBus" MMC və Bakı Nəqliyyat Agentliyindəki dostlara, iş yoldaşlarıma, həmkarlarıma hər şey üçün dərin təşəkkürlərimi bildirirəm! İndiyədək çalışdığım təşkilatlatlarda olduğu kimi, bundan sonra da Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin rəhbəri kimi də mediyaya açıq olacağıma tam əmin ola bilərsiz".

M.Piriyev bunun qarşılığında medianın da qida təhlükəsizliyi sahəsində ictimaiyyətin obyektiv, operativ və sistemli şəkildə məlumatlandırılmasında fəal iştirak edəcəyinə və Agentliyin uğurlarına dəstək olacağına inandığını açıqlayıb.

Qeyd edək ki, Mansur Piriyev bunadək Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat və təşkilat sektorunun, daha sonra isə "BakuBus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb.

İlkin İzzət
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>