Xalq artistindən görünüşünü tənqid edənlərə cavab: “Yəqin qorxublar ki, Gülyanaq daha…” – FOTO

Tanınmış stilist Anar Ağakişiyevin xalq artisti Gülyanaq Məmmədovanın görünüşündə etdiyi dəyişiklik birmənalı qarşılanmayıb. Belə ki, xalq artistinin görünüşünü bir çox izləyiciləri bəyənməyib.

Milli.Az-a açıqlama verən xalq artisti bunları deyib: 
"Anar gözəl sənətkardır. Biz, sadəcə, bir obraz yaratdıq. İstəsəydim, Anara deyərdim 4-5 obraz da yaradardı. Mən Anardan çox böyük sevgi və hörmət gördüm. İzləyicilərin bir çoxu mənim görünüşümü bəyənməyib. Onların fikirlərinə də hörmətlə yanaşıram. Onlar məni, yəqin ki, həminki Gülyanaq
kimi görmək istəyirlər. Yəqin qorxublar ki, Gülyanaq daha əvvəlki görkəmində olmayacaq. Amma əsla elə deyil. Mən yenə də əvvəlki görkəmimdəyəm".

Əli Rəhimoğlu
Milli.Az

 

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>