Niderland “Kasperski”dən imtina etdi

Niderland hökuməti Rusiyanın "Kasperski Laboratoriyası"nın məhsullarından imtina etməyi qərara alıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə təhlükəsizlik və ədalət mühakiməsi naziri Ferdinand Qrapperhaus tərəfindən parlamentə göndərilən məktubda bildirilir.

F. Qrapperhaus qeyd edib ki, Rusiya hökuməti kiberhücum proqramına malikdir və bu hücumların hədəfləri arasında Niderlandın maraqları da var. O, hələlik bu barədə konkret halların qeydə alınmadığını söyləsə də, bunun istisna edilmədiyini vurğulayıb. 
Aprel ayında Avropa Parlamentinin Polşadan olan üzvü Anna Fotıqa Avropa İttifaqında "Kasperski Laboratoriyası"nın məhsullarından istifadənin qadağan olunmasını təklif edib.

Xatırladaq ki, atıq ABŞ dövlət qurumlarında Rusiya antivirus proqramlarından istifadə olunmasına qadağa qoyulub.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>