Windows 10-un mövqeləri zəifləyir

"Windows 10" sisteminin kompüter əməliyyat sistemləri bazarında artımı zəifləyib. Bu barədə "NetMarketShare" analitik servisinin hesabatında deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2018-ci ilin aprelində "Windows 10" qlobal miqyasda masaüstü kompüterlərin 33,81 faizində quraşdırılıb. Bir ay əvvəllə müqayisədə azalma 0,02 faiz bənd təşkil edib. Martda payda 0,8 faiz bənd azalma qeydə alınıb.

"Microsoft" korporasiyası 2017-ci ilin noyabrında "Windows 10" sisteminin 600 milyon qurğuda quraşdırıldığını açıqlayıb. Əməliyyat sistemi 2015-ci ilin iyulunda kütləvi bazara çıxarılıb. İlk 24 saat ərzində sistem 14 milyon qurğuda, üç həftə sonra 53 milyon kompüterdə quraşdırılıb. 2016-cı ilin sentyabrında əməliyyat sisteminin 400 milyon nüsxəsinin istifadə edildiyi məlum olub. Yarım milyardlıq səviyyəyə 2017-ci ilin mayında nail olunub.

Servisin məlumatına görə, "Windows 7" masaüstü kompüter və noutbuklar üçün ən populyar əməliyyat sistemi olaraq qalır. Sistemin 2018-ci ilin dördüncü təqvim ayının yekunları üzrə payı 43,57 faizə çatıb. "Windows 8.1" və "Windows XP" sistemlərinin göstəricisi müvafiq olaraq 5,25 və 4,26 faiz təşkil edib.

Qeyd edək ki, "NetMarketShare" internet xidməti 40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>