“Tesla” öz mütəxəssisini itirdi

"Tesla" şirkətində elektromobillərin istismar xarakteristikasına cavabdeh olan məsul şəxs işdən gedib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Tesla" rəhbərliyində təmsil olunan Mettyu Skvoll pilotsuz avtomobillər istehsalçısı "Waymo"ya keçib.

Bu keçidin "Tesla" elektromobilinin iştirakı ilə iki qəzanın baş verməsindən sonra gerçəkləşməsi diqqət çəkir. M. Skvoll bu qəzaları araşdıran ABŞ-ın nəqliyyatda təhlükəsizlik idarəsi ilə əməkdaşlıq edirdi. O, "Waymo"da avtomobillərin təhlükəsizliyi departamentində çalışacaq.

Qeyd edək ki, "Tesla" ilə "Waymo" pilotsuz hərəkət texnologiyaları sahəsində bir-birinin rəqibidir.

M. Skvollun uzaqlaşması "Tesla"nın aparıcı mühəndisi Daq Dildin məcburi məzuniyyəti ilə eyni vaxta təsadüf edib. Şirkət onsuz da çətin günlər yaşayır. Ötən həftə "Tesla" 710 milyon dollar həcmində rüblük zərərə məruz qaldığını açıqlayıb. Şirkət III və IV rüblərdə gəlir əldə edəcəyini proqnozlaşdırır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>