Tam çərçivəsiz “Lenovo” smartfonu buraxılacaq

Çinin "Lenovo" şirkəti tam çərçivəsiz qurğu buraxmaqla smartfonlar bazarında inqilab etmək niyyətindədir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, belə ki, ötən həftə şirkət rəhbəri Çan Çen sosial şəbəkələrdə gələcək "Lenovo" smartfonunun fraqmentini nümayiş etdirən şəklini dərc edib. Onun sözlərinə görə, növbəti qurğu ön panelin 95 faizini əhatə edən ekranla təchiz olunacaq – indiyədək heç bir istehsalçı tərəfindən belə smartfon buraxılmayıb. "Qurğuda 18 patentləşdirilmiş texnologiya və 4 texnoloji nailiyyət tətbiq ediləcək", – şirkət rəhbəri qeyd edib.
 
İnsayderlərin fikrincə, ön kamera və biometrik ötürücülər displeyin altında yerləşəcək. İnnovativ smartfonun təqdimat tarixi barədə məlumat verilməsə də, onun artıq bu il nümayiş ediləcəyi ehtimal olunur.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>