Lüksemburqda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib – FOTO

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü münasibətilə 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi, bu əlamətdar hadisənin ölkə daxilində və xaricində qeyd olunması ilə əlaqədar Avropanın bir sıra şəhərlərində, o cümlədən, Lüksemburqda, Strasburqda (Fransa) və Cenevrədə (İsveçrə) silsilə tədbirlərə start verilib.

Belə tədbirlərdən biri Lüksemburqdakı Qarabağ Mədəniyyət Mərkəzində baş tutub.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, diplomatik korpusun, yerli diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri Azərbaycanın Belçika və Luksemburqdakı səfiri Fuad İsgəndərov açıq elan edib. O, AXC-nin yaranma tarixindən, müasir dövrdə ona verilən qiymətdən, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Ilham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edib.

Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təmsilçisi Kamal Dadaşov XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında keçdiyi sürətli inkişaf yolundan, ölkənin neft strategiyasından danışıb, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin bugünkü durumu, inkişaf yolu və milli brendinə çevrilən SOCAR barədə məlumat verib.

Gənc fəal, tədbirin təşkilatçılarından olan Aydın Əhmədov isə çıxışında Azərbaycanda turizmin inkişafından, ölkənin turizm potensialından söhbət açıb. O, qeyd edib ki, son dövrlərdə Azərbaycana turist axının güclənməsi birbaşa bu sahədə aparılan islahatların nəticəsidir.

Qeyd edək ki, mayın 15-də Lüksemburqda start götürmüş tədbirlər bu gün Strasburqda davam etdirilib. Növbəti tədbir mayın 18-də isə Cenevrədə təşkil olunacaq.

Yusif Nəsirli
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>