Yemək Festivalı İçəri Şəhərə qayıdır!

Baku Street Food Festival və Sweet November festivalların uğurundan sonra, İçəriŞəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə, Meal For Real kulinar platforması yeni layihə Summer Food Fest ilə qayıdır. Festival 15 iyunda başlayır və 1 iyul tarixinə qədər davam edəcək. Paytaxtımızın 20-dən çox restoran və kafesi sevdiyiniz yeməklərdən əlavə, tədbirə uyğun xüsusi menyuları təqdim edəcəklər. 

Qastronomik bayram İçəri Şəhərin Qoşa Qala ərazisində keçiriləcək. Hər gün saat 11:00-dan 23:00-a qədər davam edəcək festival, qurmanlar üçün maraqlı proqram ilə təşkil olunacaq: müxtəlif viktorinalar, master klaslar, uşaqlar üçün əyləncə, atmosferə uyğun musiqi və DJ setləri. 

Festivala giriş pulsuzdur, belə ki qonaqlar aşpazların hazırladığı dünya mətbəxinin yeməklərini dadmaqa əla fürsət qazanacaqlar.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>