Həyat yoldaşınıza lazım olan ən vacib şey

Hər bir insan həyatında ailə qurmaq kimi bir arzuya malik olar. Bu arzu onun İlahi fitrətindən irəli gəlir. Ailə – rahatlıq və hüzur yeridir, ailə nəslinin artdığı müqəddəs məkandır, ailə həmdəm və yaxşı dostunu tapdığın yerdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ona görə də dinimiz kiçik cəmiyyət olan ailəyə xüsusi diqqət göstərən dindir. Buyurur ki, əgər ailə xoşbəxt olarsa və ailə başçısı ailəni lazım olan kimi idarə edə bilərsə, deməli, böyük cəmiyyəti də xoşbəxt etmiş olar və böyük cəmiyyəti də idarə etmək istedadına malik olmuş olar.

Ailədə ən həssas tərəf – qadınlardırlar. Qadınlar ərlərindən hətta sevgi və məhəbbətdən də əvvəl elə bir şey istəyirlər ki, onları ömürləri boyu həmin şəxsə bağlayar və heç bir zaman onu tərk etmək istəməzlər. Bu amil – qarşı tərəfə əminlik hissi verməkdir. Əgər həyat yoldaşı öz xanımına əminlik hissini verə bilsə və xanımı da başa düşsə ki, ancaq onun yanında xoşbəxtdir və ancaq onun yanında əmin-amanlıq içindədir – ərinə olan sevgi bağları elə möhkəmlənər ki, həyatın heç bir tufanı onu qıra bilməz.

Bəs bu hissi qadına necə vermək olar?

1. Xanımına diqqəti artırmaq. Kişilərin həyatda etdikləri ən böyük səhvlərdən biri də budur ki, o zaman ki, qadın əri ilə hansısa mövzu haqqqında danışır və məsləhət almaq istəyir, kişilər özlərini başqa işlərlə məşğul edirlər. Misal üçün: ya televizora baxırlar, ya mobil telefonla nəyəsə tamaşa edirlər, ya da xəbərləri oxuyarlar. Bu zaman qadında belə hiss yaranır ki, həyat yoldaşı üçün çox da əhəmiyyətli və maraqlı deyildir. Ondan da maraqlı şeylər vardır ki, ərini xanımından ruhən uzaqlaşmağa vadar edir.

2. Məhəbbəti büruzə vermək. Qadınlar istəyirlər ki, ərləri gün ərzində onların əllərindən tutsunlar və onlara sevdiklərini söyləsinlər.

3. Həyat yoldaşını tərifləmək. Ərin həyat yoldaşının məharətlərini tərifləməsi ona əminlik hissi verər.

4. Hədiyyə vermək. Həyat yoldaşına hədiyyə vermək onun qədrini bilib, təşəkkür etməyin əlamətidir. Hədiyyə cütlər arasında olan kin və küdurəti aradan qaldırar və sevgi bağlarını möhkəmləndirər.

5. Xanımınızla gün ərzində başınıza gələnlər haqqında danışın.

6. Xanımınızı gəzməyə çıxardın.

7. Həyat yoldaşınıza qarşı hər zaman sadiq olun.

8. Ona maddi və sevgi ilə dəstək olun, qohumlarını əziz tutun.

Bu amilləri diqqətdə saxlamaq – ailədə mehr-məhəbbəti çox artırar və xanımda güclü əminlik hissi yaradar.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>