Lerikdə narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı – FOTO

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, 13 may 2018-ci il tarixdə Lerik RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Piran kəndində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara sakini Ələmdar Rəhimov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əlindəki sellafon torbanın içərisindən 1 kiloqram 310 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Ə. Rəhimov üzərindəki narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini etiraf edib.

Faktla bağlı Lerik Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>