Motorola əyilə bilən smartfonun patentini alıb

Motorola Mobility 2016-cı ildən bəri əyilə bilən smartfon üzərində çalışır. Bu barədə Slashgear saytı xəbər verib. Məhz həmin vaxtda şirkət həmin smartfon üçün patent sorğusu göndərmişdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, lakin onun haqqında yalnız indi məlum olub. Maraqlısı ondadır ki, Motorola mühəndisləri həmçinin bu cür smartfon üçün xüsusi funksionallığa sahib keys də hazırlayıblar. Motorola-nın elastiki smartfonu böyük ekrana sahibdir.

Bu isə o deməkdir ki, tam açılmış formada ondan həmdə planşet kimi də istifadə etmək olar. Əyilmiş şəkildə isə o, standart smartfona bənzəyir. Lakin bir fərq ondan ibarətdir ki, əyilmiş formada onun ön və arxa panelində də ekran olur. Bu smartfon üçün yaradılmış xüsusi keys təkcə onu ətraf zədələnmələrdən qorumur. O həmdə smartfon üçün naqilsiz şarj cihazı və hansısa səthin üstünə qoymaq üçün dayaq qismində çıxış edir. Qeyd etmək lazımdır ki, Motorola brendinə sahib olan Lenovo şirkəti hələ 2016-cı ildə əyilə bilən smartfon və planşet prototiplərini təqdim etmişdi.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>