Varşavada Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Cənub-Qərb Nəqliyyat Dəhlizi ilə bağlı konfrans keçirilib

Varşavada Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü, habelə Varşavada akkreditə edilmiş Ukrayna, Qazaxıstan və Gürcüstan səfirliklərinin iştirakı və Polşa Ticarət Palatasının təşkilatçılığı ilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Cənub-Qərb Nəqliyyat Dəhlizinə həsr edilmiş Yeni Beynəlxalq Nəqliyyat Dəhlizləri adlı konfrans keçirilib.

Səfirlikdən Milli.Az-a verilən məlumata görə, konfransda həmçinin Polşanın Sahibkarlıq və Texnologiya, İnfrastruktur, İnvestisiya və İqtisadi İnkişaf, Xarici İşlər nazirlikləri, Polşa Dövlət Dəmir Yolları Səhmdar Cəmiyyəti (PKP S.A.), PKP Cargo, PKP LHS rəhbərləri, habelə potensial müştəri və ekspeditor şirkətləri iştirak edib.

Konfransda çıxış edən Polşanın infrastruktur nazirinin müavini Andjey Bittel ölkəsi tərəfindən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Cənub-Qərb Nəqliyyat Dəhlizinə verilən xüsusi əhəmiyyəti qeyd edərək, Azərbaycanın qeyd edilən nəqliyyat dəhlizlərinin fəaliyyətində birləşdirici rol oynadığını ifadə edib.

Polşa Dövlət Dəmir Yolları Səhmdar Cəmiyyətinin (PKP S.A.) idarə heyətinin sədri Kşıştof Maminski çıxışında Çindən Avropa və əksinə olmaqla yüklərin daşınmasında Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlüklərindən bəhs edib. O, Cənub-Qərb Nəqliyyat Dəhlizinin həyata keçirilməsində 2017-ci ilin 27-28 iyun tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri çərçivəsində imzalanmış "Azərbaycan Dəmir Yolları" QSC və "Polşa Dövlət Dəmir Yolları" SC arasında dəmiryol daşımaları sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun əsas rol oynadığını diqqətə çatdırıb.

Daha sonra tədbirdə iştirak edən Azərbaycan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın baş direktorunun müavini Vahid Əliyev Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyəti, bu istiqamətdə ölkəmiz tərəfindən atılan addımlar məlumat verib. O, konfrans davam etdiyi bir tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışının baş tutduğunu vurğulayıb.

Konfransda iştirak edən Ukrayna, Qazaxıstan və Gürcüstan nümayəndələri, həmçinin PKP Cargo, PKP LHS şirkətlərinin rəhbər işçiləri ölkələrinin perspektivindən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Cənub-Qərb Nəqliyyat Dəhlizinin əhəmiyyəti barədə çıxış ediblər.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>