Sumqayıt sakinini qətlə yetirmiş şəxslər saxlanıldı

Mayın 8-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Aydın Şıxəliyevin üzərində zorakılıq əlamətləri olan meyiti "Mercedes" markalı avtomobilində tapılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin və şəhər prokurorluğunun birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə A.Şıxəliyevin 2 ədəd mobil telefonunun və 19 manat pulunun oğurlanması, habelə Şəmkir rayon sakini Şamil Bayramov, Bakı şəhər sakini Pərviz Məmmədov və Sumqayıt şəhər sakini Rahin Hüseynov tərəfindən qətlə yetirilməsi müəyyən edilib və onlar saxlanılıblar.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>