Ekspert: “Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər”

"Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert, iqtisadiyyat elmləri doktoru Müslüm İbrahimov deyib.

M.İbrahimov qeyd edib ki, Azərbaycan və Türkiyə aparıcı iqtisadi tərəfdaşlardır:

"Ölkələr arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiyaların həcmi artır. "Cənub Qaz Dəhlizi" kimi layihələr regionda əməkdaşlığın yeni formatını yaradır. Bu layihələr Türkiyənin Ermənistan istisna olmaqla Cənubi Qafqaz ölkələri ilə daha sıx inteqrasiyasına xidmət edir".

Azərbaycan və Türkiyə tərəfindən reallaşdırılan birgə layihələrdən danışan ekspert "Cənub Qaz Dəhlizi"nin vacibliyini qeyd edib:

"Bu gün Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirsə də, neft-qaz layihələrindən imtina etməyə hazırlaşmır. Azərbaycan təkcə enerji ehtiyatlarının ixracatçısı olmayacaq, həm də yanacaq tranzitindən əlavə mənfəət əldə edə bilər. Ümumilikdə, layihə həm Azərbaycanın, həm də Türkiyənin, eləcə də digər iştirakçı ölkələrin iqtisadiyyatının inkişafına töhfə verəcək".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>