“Çalışıram cavanlardan nəsə götürüm” -

ARB Ulduz-un "Şou məkan" proqramının növbəti müsahibi xalq artisti Səməd Səmədov olub.

Milli.Az bildirir ki, xalq artisti olmasına baxmayaraq, hələ də öyrənməli oduğunu diqqətə çatdıran Səməd Səmədovun özünü cavan hiss etməsi üçün maraqlı variantı da varıymış.

"Mən Səməd Səmədov baxmayaraq ki, 20 il toylar kralı olmuşam, baxmayaraq ki, xalq artistiyəm, elə bilirəm ki, ilk addımlarımdı. Hələ öyrənmək lazımdır. Cavanlarla çox oturub-dururam ki, özümü cavan hiss edim. Mən indiki gənclərdən çox razıyam. Çox savadlı cavanlarımız var, gənclərimiz var. Hətta çalışıram onlardan nəsə götürüm".

Səs və sənətin heç vaxt qocalmadığını deyən 71 yaşlı xalq artisti yaradıcılıq və həyat eşqi hələ cavankən ölmüş bəzi həmkarlarından qat-qat fərqlənir.

"İnsan özü qocalsa da, səs qocalmır. Sənət də heç vaxt qocalmır. Rəşid Behbudov, Mirzə Babayev hansı səslə ömürlərinin axırına kimi oxuyublarsa, səs qocalmayıb. 70 yaşımı keçməyimə baxmayaraq, öz üzərimdə işləyirəm, yaradıcılığımla məşğulam. Cavanlara dəstək oluram. İdmanla məşğul oluram, əsas yaradıcılıqdır".

Həmyaşıdları gənclərdən elə hey gileylənsə də, Səməd Səmədov bu məsələyə elə bir don geyindirdi ki, təpədən dırnağa kimi yaraşdı.

"O vaxtlar müğənni az idi. Barmaqla saymaq olardı müğənniləri. Toylara beş-altı nəfər gedirdi. Ağsaqqallar bir də görürsən, şikayət edir ki, hansı kanalı açırsan, gündə biri oxuyur. Amma mən bu işə başqa cür baxıram. Nə qədər zəif, pis oxuyan müğənni olsa, yaxşıların qədir-qiyməti bilinər".

- Səməd müəllim, uzun müddətdir ki, sənət yolunda külüng vurursuz. Bəs solo konsert vermək haqda, ümumiyyətlə, düşünməmisizmi?

"Mübariz Tağıyevdən bir dəfə soruşdular ki, siz hələ solo konsert verməmisiniz? O dedi ki, cavanlıqda vaxtım yox idi, indi də yaşlanmışam, mənə yaraşmaz. Cavanlıqda başımız qarışdı toylara, indi də qoy cavanlar konsert versinlər, biz də onların konsertinə gedək".

Toylar kralını özü-özünü ifadə edən yeni mahnısından o qədər razıdır ki, mahnının partlayış edəcəyinə əmindir. Üstəlik, xalq artisti həmkarlarının onun qarşısında dayana bilməyəcəyini də xüsusi vurğuladı.

"Dəbdəyəm, gündəmdəyəm, mən toylarda birdənəyəm, dəbdəyəm, gündəmdəyəm, mən hələ də səhnədəyəm. Bu, yeni mahnımın nəqarətidir. Söz verirəm ki, bu mahnı partladacaq. Musiqisini Fərid yazacaq, sözləri isə Hamlet İsmayılovundur. Sözlər hazırdır. Bir-iki həftəyə mahnını təqdim edəcəm. Mən bu mahnı ilə bütün müğənnilərə meydan oxuyacam. Qoy çıxsınlar qabağıma".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Çalışıram cavanlardan nəsə götürüm" - 71 yaşlı xalq artisti

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>