Bayraq, himn və gerblə bağlı layihələr yenidən müzakirəyə çıxarılır

Milli Məclisin ötən sessiyasında müzakirəsi təxirə düşən "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələri parlamentin mayın 1-i və 4-ü keçiriləcək iclaslarının gündəliyinə salınıb.

Milli.Az APA-nya istinadən xəbər verir ki, layihələrində bayraq, gerb və himnlə bağlı qaydalar daha geniş təsvir olunur.

Qeyd edək ki, hər üç qanun layihəsi Milli Məclisin 2017-ci il payız sessiyasının işlər planına salınsa da, müzakirəsi təxirə düşün.

Bu ilin yanvar ayında isə yenidən 2018-ci il üzrə yaz sessiyasında işlər planına daxil edilib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>