YARAT Müasir İncəsənət Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olacaq

"Birgə və Sağlam" ictimai birliyinin və "Ümid var" xeyriyyə cəmiyyəti təşkilatçılığı, AS Group Investment şirkətinin baş sponsorluğu ilə aprelin 30-da saat 18:30-da YARAT Müasir İncəsənət Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olacaq. 

"Autizm- Fərqli və Bizdən Biri" adlanan moda nümayişində Azərbaycanda bizim təşəbbüsümüzlə artıq üçüncü dəfə podiuma autizmli uşaqlar çıxacaq.  Hər zaman böyük  qayğiya ehtiyacı olan autizmli uşaqlar bu dəfə " My Brands" yaz-yay kolleksiyalarını təqdim edəcəklər. Kolleksiyanı podiumda "Birgə və Sağlam" ictimai birliyinin reabilitasiya mərkəzinin 20 uşağı nümayiş  etdirəcək.  Uşaqları podiuma "Sevimli Bala" uşaq kulubunun tərkibində fəaliyyət göstərən Kiddoz Model Agentliyi hazırlayıb.

Tədbirin düzənlənməsində bizim yanımızda  olan şirkətlərin dəstəyi ilə baş  tutan dəfilə həm də maarifləndirici xarakter daşıyır.   Məlumat üçün bildirək  ki, aprel ayi  Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2007-ci ildən etibarən Ümumdünya Autizm Maarifləndirilməsi ayı kimi qeyd edilir.  Bu səbəbdən də tədbir boyu qonaqlarımızın "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər göstəriləcək, autizmi anladan bukletlər  paylanacaq.  Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı  gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından da tədbirimiz mühüm əhəmiyyət kəsb edir. 

Çox maraqlı proqramla təqdim olunacaq moda nümayişində autizmli uşaqların başqa istedadları ilə də tanış olacaqsınız. Onların xor şəklində ifaları isə "biz də cəmiyyətin ayrılmaz parçasıyıq" mesajını verəcək. Tədbirdə əməkdar artist Tünzalə Ağayeva,  musiqisi ona, sözləri Murad Arifə məxsus autizmli uşaqlara həsr etdikləri "Fərqliyəm" mahnısını ifa edəcəklər.

Qeyd edək ki, Moda nümayişindən əldə olunan vəsait "Birgə və Sağlam" ictimayi birliyinin reabilitasiya mərkəzinin  imkansız ailələrinin autizmli uşaqlarının təhsilinə sərf olunacaq. 

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>