Əməkdar artist: “Rejissor kök olduğumu bəhanə edib, məni çəkmək istəmirdi” – FOTO

Əməkdar artist Nahidə Orucova son zamanlar yeni görkəmi ilə müzakirə obyektinə çevrilib. Aktrisa Milli.Az-a deyir ki, bir zamanlar artıq çəki aldığına görə rejissorla mübahisə də edib:

"Kök olanda rejissorlar bəhanə edirdi ki, köksünüz, obraza uyğun gəlmirsiniz. Hətta bir dəfə çəkilişdə rejissorla bu barədə mübahisəmiz də olmuşdu. Tarixə baxsanız, görərsiniz ki, bizim ən məşhur aktrisalarımızın hamısı ətli-qanlı olublar. Buna misal olaraq Leyla Bədirbəyli, Münəvvər Kələntərlini göstərə bilərəm. Kök aktrisa səhnədə gözəgəlimli görünür. İndi də arıqlamışam, heç filmə dəvət edən yoxdur. Bütün bunlar hamısı rejissorlar üçün bəhanədir. Əslində, arıqlamağım da səhhətimlə bağlıdır, istədiyimdən özümü arıqlatmamışam. İndi də deyirlər ki, yenidən əvvəlki görkəminə qayıt. Amma bu görkəmimi bəyənənlər də var".

Əli Rəhimoğlu
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>