İşsizlər üçün vakansiya bankı yaradılır -

Bir sıra tikinti şirkətlərinin bazara təqdim etdiyi mənzillər insanların alıcılıq qabiliyyəti ilə üst-üstə düşmür. Bəzi şirkətlərin tətbiq etdiyi qanunsuz tariflər isə insanların narazılığına səbəb olur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında ombudsman Elmira Süleymanova deyib.
Elmira Süleymanova bəzi şəxslərin sosial şəbəkələrdə saxta profillər açaraq bir sıra şirkətlərin, insanların şərəf və ləyaqətini təhqir etdiyini , ləkələdiyini də diqqətə çatdırıb.
Müzakirələrdə çıxış edən millət vəkili Əli Məsimli isə bankların lisenziyalarının əlindən alınması zamanı ortaya çıxan problemlərə diqqət çəkib. Millət vəkili belə olan halda bir sıra sahibkarların banklardakı şəxsi vəsaitlərini əldə edə bilmədiklərini vurğulayıb.

"Məşğulluq haqqında" qanun layihəsini təqdim edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə ilk oxunuşa çıxarılan qanun layihəsinin işsizlik problemlərini aradan qaldırmaq üçün önəmli sənəd olduğuna diqqət çəkib. O, bu məqsədlə vakansiya bankının yaradılacağını vurğulayıb.

Qanun layihəsi səsə qoyularaq ilk oxunuşda qəbul edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İşsizlər üçün vakansiya bankı yaradılır

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>