“Azərbaycan və Ermənistanda seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı”

Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Ermənistanla Azərbaycan eyni vaxtda müstəqillik əldə etsə də, bu iki ölkənin inkişaf mərhələsində böyük fərq var:

"Azərbaycanda demokratik prinsiplərin gözlənilməsi, qonşu ölkələrlə normal münasibət, regionda sülhün bərpasına can atması ölkəmizdə inkişafa şərait yaratdı. Azərbaycanda seçkilərdə də bu prinsiplər qorundu. Ermənistanda isə cəmiyyətlə iqtidar arasında dərin parçalanma oldu. Ermənistanın hələ də özü üçün inkişaf strategiyası müəyyənləşdirə bilməməsi bu problemləri yaratdı".

A.Mirzəzadə qeyd edib ki, Ermənistanda seçkilər ciddi dövlətçilik böhranı çərçivəsində keçdi: "Xocalı faciəsinin qatili Serj Sarkisyanın biabırçı şəkildə istefa verməsi Ermənistan dövlətçiliyinin ümumilikdə böyük problem yaşadığından xəbər verdi. Ermənistan hakimiyyətinin qonşu dövlətlərə qarşı torpaq iddiası, Azərbaycan torpaqlarını işğal etməsi, öz vətəndaşlarına qarşı düşmənçilik siyasəti cəmiyyətin iqtidarın əleyhinə qalxmasına və sonda hakimiyyətin dəyişməsinə aparıb çıxardı. Bunun kökündə isə Ermənistanın dövlətçiliyin əsasını düzgün qurmamasıdır".

Deputat deyib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda dövlətçilik demokratik prinsiplər, sabitlik, mehriban qonşuluq siyasəti üzərində qurulduğundan ölkədə xalqla iqtidar arasında birlik var: "Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycanda inkişaf, sabitlik əldə edilib və Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində bu inkişaf uğurla davam etdirilir. Azərbaycanda sabitlik təmin olunur, demokratik prinsiplər getdikcə güclənir. Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz qazanmaqdadır".

Seçki ərəfəsində və ayrı-ayrı vaxtlarda bəzi dövlətlərin Ermənistanın daxili işlərinə müdaxiləsini isə A.Mirzəzadə zəif idarəçiliklə əlaqələndirib: "Əgər kənar qüvvələr dövlətin daxili işlərinə müdaxilə edə bilirlərsə, demək, həmin dövlət düzgün qurulmayıb. Demək, həmin dövlət xarici ölkələrdən, xarici qüvvələrdən asılıdır. Azərbaycan 1993-cü ildən daxili və xarici siyasətini düzgün qurduğuna görə, ölkənin daxili işinə heç bir xarici qüvvə müdaxilə edə bilməyib".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>