Azərbaycan “Avro-5″ standartlı benzin ixrac edəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emaı Zavodunun modernləşdirilməsinin başa çatmasından sonra "Avro-5" standartlı benizinin ixracına başlayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın nümayəndəsi deyib.

O qeyd edib ki, benzin istehsalının həcmi 2,2 milyon ton təşkil edəcək:

"Ümumilikdə, modernləşdirmə başa çatdıqdan sonra dizel yanacağının istehsalı 2,9 milyon ton və ya ümumi istehsal gücünün 39 faizi, benzin istehsalı 2,2 milyon ton və ya 29 faiz, o cümlədən Aİ-92 – 16 faiz və Aİ-95 – 13 faiz təşkil edəcək. "Azərikimya" İB üçün xammal istehsalı 6 faiz, bitum və koks istehsalı 5 faiz, mayeləşdirilmiş karbohidrogen qazının istehsalı 1 faiz təşkil edəcək".

Dövlət şirkətinin nümayəndəsi qeyd edib ki, daxili bazardan başqa, istehsal olunan məhsulların bir hissəsi ixraca gedəcək:

"İstehsal olunan benzinin 25, dizel yanacağının 40 və təyyarə yanacağının 40 faizinin ixrac edilməsi planlaşdırılır".

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi 2021-ci ilin əvvəlində yekunlaşacaq. Modernləşmədən sonra zavodun gücünün ildə 6 milyondan 7.5 milyon tona çatacağı bildirirlir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>