Səfir: İsrail regionda Azərbaycanın əsas tərəfdaşlarından biridir

İsrail regionda Azərbaycanın əsas tərəfdaşlarından biridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın İsrailə uzunillik dəstəyinə həsr olunmuş tədbir zamanı deyib.

Səfir bildirib: "Azərbaycan öz inklüzivlik tarixi və yəhudi icması ilə fəxr edir. Bizim İsraillə güclü, inkişaf etməkdə olan tərəfdaşlığımız bu gün daha böyük əhəmiyyət kəsb edir. Çünki İsrail müstəqilliyinin 70 illiyini, Azərbaycan şərqdə ilk müsəlman demokratik respublikanın 100 illiyini qeyd edir".

Tədbirdə çıxış edən ABŞ Etnik Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayer deyib ki, dünyada 57 müsəlman ölkəsi var, amma İsrailə dəstək sahəsində Azərbaycan birinci yerdə dayanır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>