Dələduzlar Telegram-da minlərlə dollar oğurlayıblar

Kaspersky Lab şirkətinin tədqiqatçıları Pavel Durov tərəfindən hələ rəsmi şəkildə anons olunmamış Gram kriptovalyutasını ICO vasitəsilə satan saxta saytlar aşkar ediblər. Durov-un özü bu saxta saytlar barəsində öz Twitter hesabında xəbərdarlıq edib. Qeyd etmək lazımdır ki, Gram kriptovalyutası barəsində şayiələr gündən-günə artır. Bundan istifadə edən dələduzlar isə saxta saytlar vasitəsilə investorları aldadaraq pul qazanırlar.

Milli.Az technote.az-a istinadən bildirir ki, internetdə yeni platformaya fərqli kriptovalyutalar ilə investisiya təklif edən yetəri qədər sayt var. Bu cür saytların birindəki tranzaksiyaların analizi nəticəsində məlum olub ki, dələduzlar 35.000$ dəyərində Etehereum oğurlayıblar. Dələduzlar tərəfindən yaradılan bu cür saytlar maksimal dərəcədə həqiqi saytlara bənzəyir. Onlar qorunan şəbəkə qoşulmasından istifadə edir, istifadəçilərdən qeydiyyatdan keçməyi tələb edir və hər bir qurban üçün unikal online portmanat generasiya edirlər. Beləliklə pul vəsaitlərinin ötürülməsini təyin etmək çox qəlizləşir. İstifadəçini isə saytın həqiqi olduğuna inandırmaq çox asandır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>