Rusiyada kağız təyyarə aksiyası -

Rusiyada "Telegram" messencerinin istifadəçiləri azad internet aksiyası keçiriblər. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ötən şənbə günü messencerdən istifadəçilərə bu barədə bildiriş gəlib. "Yeddinci gündür ki, Rusiya hakimiyyəti "Telegram"ı bloklayıb. Əgər siz azad interneti dəstəkləyirsinizsə, axşam saat 7-də pəncərənizdən kağız təyyarə buraxın", – deyə bildirişdə qeyd olunub.

"Telegram"ın yaradıcısı Pavel Durov isə "VKontakte"dəki səhifəsində kiçik iməcilik keçirməyə, hər kəsi öz evi önündə tapacağı kağız təyyarələri yığmağa çağırıb: "Bir həftə tarixdə qalacaq".

Xatırladaq ki, "Telegram" Moskva şəhər Taqansk rayon Məhkəməsinin qərarı ilə aprelin 16-dan bloklanıb. Səbəb messencerin istifadəçi məlumatlarına çıxış əldə etmək istəyən Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) lazımi "açar"ları təqdim etməməsidir. Bundan sonra messencer "Amazon Web Services" və "Google Cloud" IP ünvanlarından fal istifadə etməyə başlayıb, bunu nəticəsində blokdan yayınmaq üçün xüsusi proqramlardan istifadə etməyə ehtiyac qalmayıb. "Roskomnadzor" isə həmin IP ünvanlarını da qadağan olunanlar reyestrinə salıb. İdarənin rəhbəri Aleksandr Jarov ümumilikdə "Amazon" və "Google"un 18 alt şəbəkəsinin bloklandığını söyləyib.

Lakin "SimilarWeb" analitik şirkətinin məlumatına əsasən "Telegram" istifadəçilərinin sayı artır. Belə ki, messencerin bloklandığı 16 aprel tarixində "teleram.org" saytına Rusiyadan 1,2 milyon giriş olub. Bu, bir həftə əvvəlki göstəricidən 27% çoxdur.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>