Turizm Agentliyinin yeni sədri kimdir? – DOSYE

Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Turizm Agentliyinə sədr təyin olunub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, dövlət başçısının sərəncamı ilə bu vəzifəyə Fuad Hümbət oğlu Nağıyev təyinat alıb.

Qeyd edək ki, Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. Fuad Nağıyev Bakı şəhərində 23 saylı orta məktəbdə təhsil alıb.1992-1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.

2004-2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006-2009-cu illərdə "Paşa İnşaat" MMC-nin direktoru, 2007-2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb.

2010-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə sahib olub. 2014-2017-ci illər ərzində "1-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb.

6 fevral 2017-ci il tarixindən bu günədək etibarən Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub.

Hüquq elmləri namizədidir.

Rus və ingilis dillərini bilir.

Evlidir, üç övladı var.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>