Şəban ayını daha gözəl yaşamaq üçün 11 tövsiyə

Şəban ayı Allahın xüsusi üç ayından biridir ki, bunda Öz rəhmətini yerə nazil edər və bəndələrinə rəhmət gözü ilə nəzər salar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Hüccətil-İslam Seyyid Abbas Musəvinin bu ayla bağlı bizlərə tövsiyəsinə diqqət edək:

"1. Çalışın bu ayda həm dildə, həm əməldə və həm də qəlbdə tövbənizi təzələyəsiniz.

2. "Məfatih"də yazılan "Şəbaniyyə" duasını və bu aya aid başqa duaları oxumağı tövsiyə edirəm.

3. Bir müəllimim mənə demişdi: "Yunusiyyə" duasının həmişə təsiri vardır. Ancaq Şəban ayında onun təsiri bir neçə qat artar".

4. Çalışın Şəban ayının hər günündə az da olsa sədəqə verəsiniz.

5. Bu ayın orucunun fəziləti hamıya aydındır, ona görə də bacardığınız qədər oruc tutun.

6. Əgər hansısa möminə töhmət və ya böhtan atmısınızsa, çalışın onun razılığını alasınız.

7. Bu ayda Qurana xüsusi diqqət göstərin və bacardığınız qədər oxumağa çalışın.

8. Bu ayda sileyi-rəhmi artırın.

9. Cümə gecələrini və Şəban ayının 15-i gecəsini əhya saxlayın.

10. Bu ayda başqa aylardan daha çox sükut və təfəkkürə ehtiyac vardır.

11. İmam Zaman ağa (ə.f) üçün cəm halında dua edin".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>