İkinci Beynəlxalq İncəsənət Olimpiadası “Art Olimpia 2018”ə qeydiyyat basladı

12 may Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında " Arts Olimpia 2018" adlı incəsənət müsabiqəsi keçiriləcək. Azərbaycan Gənclər İttifaqı hərkəsi bu İncəsənət yarışında iştirak etməyə dəvət edir.

"Qeyd etmək lazımdır ki, yarışmanın keçirilməsində məqsəd istedadlı uşaqlar və gənclərlə tanışlıq, onları tapmaq, üzə çıxartmaqdır. Həmçinin regionlarda olan istedadlı gənclərin tanıtımıdır. Gürcüstandan, İran, Ukraina və Rusiyadan gələn qrupların vokal, misiqi və xoreoqrafik çıxışları gözlənilir" – AGİ sədr müavini – Əziz Əzizov dedi.

Arts Olimpia 2018" yarışmasında bir neçə janırlarda iştirakçıların çıxışları gözlənilir. Bu janrlar: 1 – folklor, 2- klasik, 3- Estrada, incəsənətin bir neçə növləri – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya. 4- yaşdan başlayaraq hər  bir kəs yarışmada iştirak edə bilər. İştirakçılar yaş kateqoriyalarına bölünürlər. Baby (4-7 yaş), uşaq ( 7-10 yaş ), yunior ( yeniyetmələr), böyüklər. Hər bir janrda bu kimi nominasiyalar var: solo, duet, kiçik qruplar və ansambılar. Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır, mükafatlandırma zamanı açıqlanır. Seçim iştirakçının qeydiyat nömrəsi ilə aparılır. Hakimlər heyəti Azərbaycanın Əməkdar artistləri və İncəsənət xadimləridirlər. Qeydiyat üçün əlaqə nömrələri.

Az.gencler@mail.ru +994557079002 +994124971236

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>