Serj Sarqsyan

Ermənistanın baş naziri Serj Sarqsyan tutduğu postdan istefa verib.

Milli.Az İnterfaks-a istinadən bildirir ki, bunu o, yaydığı bəyanatında açıqlayıb.

Aprelin 17-də baş nazir postuna "təyinat" almış S.Sarqsyan həmin gün ölkədə başlanmış kütləvi etiraz aksiyaları ilə üzləşmişdi.

O, son 10 ildə Ermənistan prezidenti idi.

On minlərlə insan Yerevanın küçələrində Serj Sarkisyanın istefası tələbilə etiraz aksiyalarına qatılıb.

Erməni əsgərlər də etirazlara qoşulub, tələbələr, hətta ağ xələtlı həkimlər çiyin-çiyinə verib sıx cərgələrlə Yerevanın mərkəzi ilə yürüş keçirirlər, Yerevan müxbirimiz Aleksey Manvelyan xəbər verir.

10 il prezident olmuş və yenicə baş nazir təyin edilmiş Serj Sarkisyana qarşı etirazlar günlərdir ki, davam edir.

Milli.Az BBC-yə istinadən bildirir ki, Ermənistanın Müdafiə Nazirliyi etirazlara qoşulan əsgərlərə ağır cəzalandırılacaqları barədə xəbərdarlıq edir.

Bazar ertəsi etirazlar bir gün öncə etirazların lideri Nikol Paşinyanın həbs edilməsindən sonra daha da qızışıb. Onu artıq azad ediblər.

Erməni əsgərlər kütləyə qoşularkən Ermənistan bayrağını yelləyiblər.

AFP xəbər verir ki, etirazçılara qoşulanlar arasında Azərbaycana qarşı döyüşmüş müharibə veteranları da var.

Nikol Paşinyanın azadlığa buraxılmasından əvvəl tələbələr əllərində "Nikol mənəm, sənsən, odur. Bütün erməni xalqını həbs edin" yazılmış şüarlar tutmuşdu.

Etiraz aksiyaçıları liderlərsiz qalsalar da, bazar günü axşam keçirilən mitinq daha izdihamlı olub.

Dünənki mitinqdə 100 mindən çox adam iştirak edib.

"Etiraz aksiyalara liderliyi Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının üzvləri ələ alıb. Bu ratsiyanın bir millət vəkili Lena Nazaryan həbs olunmayıb. Bir-birini əvəz edənlər çoxdur. Görünür, qabaqcadan bu barədə düşünüblər. Mitinqdə çıxışlarında onlar deyirlər, "yəqin sabahadək məni həbs edərlər, amma hərəkat davam etməlidir", BBC Azərbaycancanın müxbiri qeyd edir.

Bu anda Yerevan Dövlət Universiteti yanından yüzlərlə tələbə "Miatsek! Miatsek!" (Birləşin!) şüarı ilə yürüşə başlayıblar, müəllimləri aksiyalara birləşməyə çağırırlar.

Aprelin 22-də həbs edilən aksiyaların təşkilatçısı, millət vəkili Nikol Paşinyanın harada saxlandığı hələ də məlum deyil, BBC Azərbaycancanın müxbiri deyir.

millət vəkili Nikol PaşinyanAprelin 22-də həbs edilən aksiyaların təşkilatçısı, millət vəkili Nikol Paşinyanın harada saxlandığı hələ də məlum deyil

Polis 270-dan çox etirazçının saxlandığını deyir. O cümlədən, digər millət vəkilləri Sasun Mikayelyan, Ararat Mirzoyan və bir neçə aksiyaları əlaqələndirən fəallar həbs olunub, Alexsey Manvelyan bildirib. .

Onun sözlərinə görə, bu gün səhərdən "itaətsizlik tədbirlərinin" davam etdirilməsi elan olunub: Yolları bağlamaq, iş yerlərində və təhsil ocaqlarında tətil etmək. Bundan başqa, axşam mitinqlərinin də davam etdiriləcəyi bildirilib.

Artıq 11 gündür, Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir vəzifəsində hakimiyyətə qayıtmasına qarşı bütün respublikada "itaətsizlik aksiyaları" keçirilir.

Etiraz aksiyalarına minlərlə tələbə qatılıb. Etirazçılar hamını "Serj Sarkisyanın mafioz rejiminə qarşı dinc itaətsizlik tədbirlərinə" birləşməyə çağırırlar.

Yerevan, etirazErmənistanın baş naziri Serj Sarkisyanla onun istefasını tələb edən etiraz hərəkatına rəhbərlik edən Nikol Paşinyanla danışıqları 3-4 dəqiqə çəkib. 

Aprelin 22-də Ermənistanın baş naziri Serj Sarkisyanla onun istefasını tələb edən etiraz hərəkatına rəhbərlik edən Nikol Paşinyanla danışıqları 3-4 dəqiqə çəkib. Serj Sarkisyan danışıqları tərk edib.

Bundan sonra Yerevanda polis qüvvələri səs qumbaraları və başqa xüsusi vasitələrdən istifadə edərək və kobud güc tətbiq edərək, Serj Sarkisyanın baş nazir vəzifəsində yenidən hakimiyyətə gəlməsinə qarşı etiraz yürüşünü dağıdıblar.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>