Kabildə partlayış qurbanlarının sayı 52 oldu

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində yaralananların 112-yə çatıb. Daha öncə 31 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilirdi. Ölənlər arasında uşaq da var.

Partlayış seçicilərin qeydiyyatı üçün mərkəz qarşısında baş verib. Ölkənin DİN rəsmisi Nəcib Daniş bildirib ki, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>